Keçmiş xarici işlər naziri də ölümcül virusa görə karantinə alındı

img

13-03-2020 [10:07]


İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti koronavirusa yoluxmaq şübhəsi ilə karantinə alınıb.

“Report” xəbər verir ki, məlumatı İRİB televiziyası yayıb.

O, səhhətində yaranan problemlə bağlı xəstəxanaya müraciət edərək müayinədən keçib. Müayinə zamanı onda koronavirusun əlamətləri aşkar edilib. Ə.Ə.Vilayəti hazırda ev şəraitində müalicə olunur və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Əli Əkbər Vilayəti 1945-ci ildə İranın Şemran bölgəsində anadan olub. Tehran Universitetinin bitirib. 1981-ci il dekabrın 15-dən 1997-ci il avqustun 20-dək İranın xarici işlər naziri olub. Hazırda aəyutllah Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviridir. 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 429 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 075 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 10 075 nəfərə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR