"Yuventus" klubu tam heyətlə karantinə alındı

img

13-03-2020 [09:38]


İtaliya "Yuventus"unun əməkdaşları könüllü karantinə yollanıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu qərar futbolçu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul olunub.

Ümumilikdə 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb.

Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR