Avropa Liqası: türk komandası qalib gəldi, "Mançester Yunayted" isə rəqibini darmadağın elədi

img

13-03-2020 [00:14]


UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarından 3-ü başa çatıb. 

Mia.az xəbər verir ki, Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"ini qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub - 1:0. 

Digər oyunlarda İngiltərə "Mançester Yunayted"i Avstriyada LASK-ı 5:0, İsveçrə "Bazel"i isə Almaniyada "Ayntraxt"ı 3:0 hesabı ilə darmadağın edib. 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da daha 3 görüşə start veriləcək. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşləri isə təxirə salınıb. 

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

12 mart

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) - 0:3

Qollar: Samuele Kampo, 27. Kevin Bua, 73. Fabian Fray, 85

21:55. "Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 1:0

Qol: Edin Vişça, 88 (pen.)

21:55. LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) - 0:5

Qollar: Odion İqalo, 28. Daniel Ceyms, 58. Xuan Mata, 82. Meyson Qrinvud, 90+2. Andreas Pereyra, 90+3


Digər xəbərlər
SON XƏBƏRLƏR