AŞPA Prezidenti Azərbaycana səfər edəcək

img

12-03-2020 [22:57]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems Azərbaycana səfər edəcək.

Bu barədə AŞPA Prezidenti Milli Məclisin yeni Sədri Sahibə Qafarovaya ünvanladığı təbrik məktubunda bildirib.

O qeyd edib ki, Azərbaycanla səmimi əməkdaşlığa inanır.

“Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaq”, - deyə R. Daems vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR