Ermənistanda “Tumo” texnologiya mərkəzi koronavirusa görə bağlanıb

img

12-03-2020 [22:08]


Ermənistanda “Tumo” texnologiya mərkəzi koronavirusa görə aprelin 12-dək bağlanıb.

Novosti-Armeniya” xəbər verir ki, bu barədə “Tumo”nun “Facebook” səhifəsində yazılıb.

Bildirilib ki, mərkəzdə 20 minə yaxın insan təlim keçir: “Koronavirusa yoluxma riskini azaltmaq məqsədilə təlimləri müvəqqəti olaraq dayandırırıq”.

Ermənistanda “Tumo” 2011-ci ildə açılıb. Orada 12-18 yaş arası şəxslər informasiya texnologiyası sahəsində təlim keçir.

Qeyd edək ki, orta məktəblərin bağlanması və konstitusiya islahatı ilə bağlı aprelin 5-də keçirilməsi planlaşdırılan referendumla əlaqədar təbliğat kampaniyasının dayandırılması da müzakirə olunur.

Xatırladaq ki, Ermənistanda nəfər koronavirusa yoluxub, 57 nəfər isə karantinə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR