"Klinikanın bir mərtəbəsi boşaldılıb, personal müayinədən keçirilib" - Tibb Universitetindən açıqlama

img

12-03-2020 [19:47]


Azərbaycan Tibb Universiteti (ATU) sosial şəbəkələrdə ali təhsil müəssisəsinin Tədris Cərrahiyyə Klinikasının fəaliyyətinin dayandırılması barədə yayılan məlumatlarla bağlı açıqlama verib.

ATU-dan Mia.az-a daxil olan məlumata görə, klinika iş fəaliyyətini davam etdirir, lakin bir mərtəbəsi tamamilə boşaldılıb:

"Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstənin olması və Klinikanın Kardiologiya və urologiya şöbəsinin bağlanması ilə bağlı məlumat yayılıb".

Bildirilib ki, Tədris Cərrahiyyə Klinikasına müraciət edən pasiyentlərdən biri xarici ölkədə olduğu üçün şübhəli bilinərək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib: "Hər ehtimala qarşı həmin xəstə ilə təmasda olan bütün tibbi personal müayinədən keçirilib. Həmin şöbələrin olduğu mərtəbə bağlanılıb və şöbə başqa mərtəbələrə köçürülüb. Həmin şöbədə dezinfeksiya işləri bir daha aparılıb. Hazırda klinika öz fəaliyyətini davam etdirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR