Azərbaycan Yüksək Liqa və I Liqa yarışları davam etdiriləcək

img

12-03-2020 [16:44]


Kişi voleybolçular arasında koronavirus səbəbindən dayandırılan Azərbaycan Yüksək Liqa və I Liqa yarışları davam etdiriləcək.

Mia.az Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən xəbər verir ki,  təxirə salınan qarşılaşmalar martın 13-dən oynanılmağa başlanılacaq.

Lakin əvvəlki turlardan fərqli olaraq qarşılaşmalar azarkeşsiz təşkil olunacaq.

AVF-in digər qərarına əsasən, qadın voleybolçular arasında Super Liqa, həmçinin I Liqanın oyunları martın 27-də bərpa olunacaq.

Azərbaycan çempionatı

Yüksək Liqa, kişilər

13 mart

15:00. MOİK – “Neftçi”

Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

17 mart

15:00. “Neftçi” – “Xilasedici”

Dərnəgül Voleybol Mərkəzi

17:00. “Murov” – “Exspress”

Dərnəgül Voleybol Mərkəzi

18 mart

16:00. “Azərreyl” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi

27 mart

14:00. “Murov” – “Xilasedici”

Dərnəgül Voleybol Mərkəzi

16:00. “Neftçi” – “Sərhədçi”

Dərnəgül Voleybol Mərkəzi


Digər xəbərlər
SON XƏBƏRLƏR