Məhkəmə sədri ilə meriya işçisinin özbaşınalığına son qoyuldu - Mehriban Əliyevanın müdaxiləsi ilə

img

12-03-2020 [16:33]


Keçmiş məhkəmə sədri Çingiz Bəşirovun Bakı Şəhər İcra Hakimiyyətində işləyən oğlu Tamerlan Bəşirov körpə qızını uşağın anası Samirə Bəşirovaya geri qaytarıb.

Mia.az xəbər verir ki, bu barədə “Report”a S.Bəşirova özü məlumat verib.

O deyib ki, uşaq ötən gün qaytarılıb.

S.Bəşirova qızının qaytarılmasına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “Mən bilirdim ki siz bir ana kimi, məni anlayacaqsız. Sizə çox təşəkkürümü bildirirəm, hazırda sayənizdə uşağım mənim yanımdadı. Sizə cansağlığı və uzun ömür arzulayıram”.

Qeyd edək ki, Bakıda yaşayan Rusiya vətəndaşı S.Bəşirovanın iddiasına görə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Ç.Bəşirovun Bakı Şəhər İcra Hakimiyyətində işləyən oğlu T.Bəşirov 2017-ci il təvəllüdlü körpə qızının əlindən zorla alıb.

S.Bəşirova mətbuata açıqlmasında qeyd edib ki, T.Bəşirovla boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib, lakin məhkəmə prosesi yekunlaşmamış əri qızını onun əlindən zorla almışdı.

Həmin məlumatla daha ətraflı bu linkdən tanış ola bilərsiniz:

https://www.mia.az/w985340/eldar-ezizovun-iscisi-ile-kecmis-mehkeme-sedri-korpe-usagi-zorla-anasinin-elinden-alib-sok-detallar-foto-2020-03-10-170643


Digər xəbərlər
SON XƏBƏRLƏR