“Avromed" Baş direktorun ərinin həbsi ilə bağlı məlumat yaydı: "O, istefa verib"
12-03-2020 [15:00]
Son zamanlar dünyanın gündəmini zəbt etmiş COVID-19 virusunun yayılmasının qarşısının alınması və arzuolunmaz nəticələrin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Əhalinin çox toplandığı ictimai yerlərdə müntəzəm olaraq dezinfeksiya işləri aparılır, Səhiyyə Nazirliyi və hökümətin nəzdində yaradılmış operativ qərargah tərəfindən hazırlanan və virusdan qorunmağın yollarını izah edən tövsiyyələr kütləvi informasiya vasitələri ilə əhaliyə çatdırılır.
"Avromed" Qapalı Tipli Səhmdar Cəmiyyətindən Mia.az-a verilən məlumata görə, digər əczaçılıq şirkətləri kimi Avromed Qapalı Tipli Səhmdar Cəmiyyəti də müvafiq hökümət qurumları ilə yaxından əməkdaşlıq etməklə virusun qarşısının alınması və müalicəsi üçün lazımi dərman preparatlarının və qoruyucu tibbi vasitələrin davamlı olaraq ölkəyə idxal edilməsində və pərakəndə satış apteklərinin lazımi məhsullarla davamlı təmin olunmasında fəal iştirak edir:
"Hal-hazırda şirkətin anbarında əhalinin tələbatının ödənilməsi üçün kifayət qədər tibbi maskalar və digər tibbi vasitələr var. Tərəfimizdən ölkəyə idxal edilən tibbi maskalar və digər vasitələr minimal topdansatış qiymətləri ilə apteklərə, dövlət qurumlarına və xəstəxanalara satılır. Bu məhsulların bir neçə əldə cəmlənməsinin qarşısını almaq məqsədilə hər bir aptekə satış şirkətin İdarə Heyəti tərəfindən müəyyənləşdirilmiş kvotalar əsasında buraxılır və əməkdaşlıq etdiyimiz bütün apteklərə tibbi maskaları 20 qəpikdən baha satılmaması tövsiyə edilmişdir. Bu proses şirkətin audit mütəxəssisləri tərəfindən ciddi nəzarətə götürülmüşdür.
Bütün bunlarla yanaşı pərakəndə satış apteklərində bəzi dezinfeksiya vasitələrinin və tibbi maskaların qiymətlərinin süni şəkildə artırılması hallarına da rast gəlinir. Son günlərdə ölkə ərazisində tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı hüquq mühafizə orqanları tərəfindən kompleks əməliyyat tədbirləri həyata keçirilib. Avromed QTSC hüquq-mühafizə orqanlarının apardığı operativ fəaliyyəti təqdir edir və bu kimi halların müəyyənləşdirilməsində yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirir.
Bəzi xəbər saytlarında bu əməliyyat zamanı istintaqa cəlb edilənlər arasında “Avromed Company” QSC-nin baş direktorunun həyat yoldaşının olduğuna dair yazılar yerləşdirilmişdir.
Bununla bağlı bildirmək istəyirik ki, “Avromed” sahibkar Riad Məmmədova tibbi maska satışı həyata keçirməmişdir. Şirkətimiz bu məsələlərlə bağlı hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil.
Sonda isə qeyd etmək istərdik ki, hazırda sürətlə yayılan COVID-19 uşaqlara, hamilə qadınlara təsiri tam öyrənilməmiş yeni bir virusdur. Amma indiyə qədər müxtəlif yaş kateqoriyasına aid insanların yoluxduğu bu xəstəliyə uşaqlar arasında yoluxma halları nisbətən az olduğu faktdır.
İnfeksiyanın yayılmasının qarşısını almaq üçün təkcə xəstələrin maskadan istifadə etməsi kifayət deyil, həmçinin əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq, mütləq şəkildə tibbi müəssiələrə müraciət etmək lazımdır".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"