Təcili yardım maşını qəzaya uğradı, tibb işçiləri yaralandı

img

12-03-2020 [13:15]


Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb. 

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. 

Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR