Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə 220 milyon dollar satılıb

img

12-03-2020 [12:58]


Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracında tələb 220,8 mln ABŞ dolları təşkil edib.

Mia.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, martın 10-da formalaşmış tələbdən 102,4 mln ABŞ dolları və ya 32% az olub.

Məlumata görə, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR