Təhsil Nazirliyi universitetlərdə dərs ilini uzatdı, bəzi müəllimlər distant sistemə keçdi

img

12-03-2020 [12:43]


Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqqında qərarı bəzi universitetlərdə əlahiddə tədbirlərə əl atmağa məcbur edib.

Mia.az xəbər verir ki, artıq bir neçə universitetdə müəllimlər tələbələrinə internet üzərindən dərs keçməyə hazırlaşırlar.

Məsələn, Dövlət Dillər Universitetinin bəzi müəllmləri tələbələri ilə əlaqa yaradaraq, distant (onlayn) dərs üçün vaxt müəyyənləşdiriblər.

Xatırladaq ki, Gürcüstanda bu sistemlə buraxılmış dərslərin kompensasiya edilməsi haqda rəsmi qərar verilib.

Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyinin qərarına əsasən, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək

Məlumata görə, imtahanlar isə iyunun 15-də başlayacaq və iyulun 13-də başa çatacaq.

Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR