“Beynəlxalq bank”ın Sumqayıt filialının müdiri 800 min dolları sələmçiyə niyə verib? - “GünayBank” işi ilə bağlı ilginc detal
12-03-2020 [11:53]
“Günay Bank” idarə heyətinin sədr müavini Emin Zeynalovun məhkəmə prosesi artıq bitmək üzrədir. Belə ki, məhkəmə istintaqı bitib və dövlət ittihamçısı Emin Zeynalovun ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Yeni Sabah” bildirir ki, 19 zərərçəkəndən 4-ü şikayətini geri götürüb. Ümumilikdə zərərçəkənlərə dəymiş ziyanın 30 milyon manatdan çox olduğu göstərilir.
Məhkəmə zamanı zərərçəkmişlərdən bir neçəsini şəxsən tanıdığını deyən Emin Zeynalov bildirib ki, onların heç birinin etibarlarından sui-istifadə etmək niyyəti olmayıb:
"Əvvəlcə məndən 3 nəfər şikayət etmişdi. İş məhkəməyə gələn ərəfədə isə zərərçəkmişlərin sayı 19 nəfər oldu. Zərərçəkmişlərlə aramızda kommersiya fəaliyyəti olub. Hamısına aldığım məbləğlərə görə qazanc vermişəm. Hamısı da bilir ki, onları aldatmamışam. Əgər belə bir niyyətim olsaydı, əlimdə çox rahat imkanlar olanda bundan istifadə edərdim. Hətta onlara qazanc verməzdim, aldığım məbləği geri qaytarıb deyərdim ki, ziyan etmişəm".
Müqəssir qismində ortada Emin Zeynalov göstərilsə də, əslində zərərçəkən şəxslərin bilə-bilə cinayət törətdikləri aşkarlanır. Reallıq odur ki, həmin şəxslər Emin Zeynalovdan hər ay faiz almaqla böyük pullar qazanıblar.
Araşdırmalar göstərir ki, bu şəxslər tamahkar məqsədlərini gizlətməyərək hər vəhclə Emin Zeynalovu təhrik edərək qohumluq və dostluq münasibətlərindən hiyləgərcəsinə istifadə edərək onunla kommersiya münasibətləri yaradıblar. Elə bu münasibətlərdən yararlanaraq Emin Zeynalovdan külli miqdarda xeyir əldə ediblər. Sual olunur ki, sələmçiliklə məşğul olan böyük kapital sahibləri görəsən bilmirdilər ki, biznes fəaliyyətində həyata keçirilən əməliyyatlarda yüksək faizlə gəlir olduğu kimi, biznes əməliyyatlarının spesifikasından irəli gələn tərəflər arasında qarşılıqlı təhlükəsizlik-zərər və itkilərin olması ehtimali nəzərə alinmamışmdı.
Belə olan halda mütləq olaraq itkilər gözləntiləri üstələyib, nəticədə fors major vəziyyət yaranıb. Göründüyü kimi tərəflər arasında bu halları nəzərə ala bilmirlərsə vay bankları idarə edən sələmçi bankirlərin halına.
Əslində gəlin baxaq, görək aldadılan şəxslər kimlərdir və hansı əmanətçilərdən söhbət gedir. Qeyd edək ki, ayrı-ayrı orqanların materialları ilə tanış olanda, Eminə sələmə verilən pulların əsasən ABŞ dolları olduğunu görürük. Həmin şəxslərin isə demək olar ki, hamısı bank sahəsində çalışan və ya bankla yaxın, eləcə də uzaq keçmişdə əlaqəsi olan şəxslərdir.
Həmçinin zərərçəkənlər sırasında vaxtilə Gəncə şəhərinin birinci katibi işləmiş Bağırov Tofiq Məsim oğlunun nəvəsi - “Beynəlxalq bank”ın Sumqayıt filialının müdiri Bağırov Tural Şamil oğlu da var. Bank müdiri olan Tural Bağırov 800 min ABŞ dolları və 100 min manatı nə üçün Emin Zeynalova etibar edib?
Belə ki, Tural Bağırovla Emin Zeynalovun tanışlığı 2001-ci ildə Fərid Məmmədov vasitəsi ilə yaranıb. Əslində, Tural Bağırovla Emin Zeynalovun arasında dəfələrlə pul əməliyyatı olub və bu əməliyyatın ümumi dövriyyəsinin 20 milyon manatdan cox olması haqda təqsirləndirilən tərəfdə kifayət qədər sübutlar var.
“GünayBank” işi ilə bağlı araşdırmamızda heç də Emin Zeynalovun müdafiə etmək fikrimiz yoxdu. Reallıq odur ki, Emin Zeynalov 2018-ci ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib.
Bir az Tural Bağırov barədə. Emin Zeynalov istintaqa ifadəsində bildirib ki, Tural Bağırova ümumilikdə 360 min ABŞ dolları qazanc verib. Məhkəmədə isə ifadə verən zaman Tural Bağırov Eminə verdiyi pulların şəxsən özünə məxsus olmasını bildirib. Hakim Əfqan Hacıyev “nə üçün pullarını öz rəhbərlik etdiyin banka yatırmadın?” sualına isə filial müdirinin cavabı çox gülünc olub: “Emindən avronu daha ucuz almaq olurdu”- deyə cavab verin.
Şahid kimi dindirilən Eldar Əbilov 2015-ci ildən Tural Bağırovun sürücüsü işlədiyini və tez-tez onun tapşırığı ilə müxtəlif banklara pullar apardığını və ya pullar gətirdiyini bildirib. Bu hallar əsasən Emin Zeynalovla bağlı olub. Bəzən Emin Zeynalovdan pul götürüb Tural Bağırova çatdırıb. Əksər getdiyi yerlər isə “GünayBank”ın müxtəlif filialları, Gənclik metrosu yaxınlığında yerləşən baş ofisi və həmçinin Hilton Bakı otelinin daxilində yerləşən “GünayBank”a məxsus valyutadəyişmə məntəqəsi olub.
Ancaq heç zaman o pulları Emin Zeynalovun adamlarına verən zaman ona qəbz və ya ayrı bir sənəd təqdim olunmayıb. O, hər dəfə istifadəsində olan 051 7637179 mobil nömrəsi ilə Emin Zeynalova məxsus 0502500555 nömrəsinə zəng vurub. Reallıq odur ki, həmin pullar məhz elə Turalın öz rəhbəri olduğu bankın pulları olub.
2015-ci ildən bankın filial müdiri kimi ayda 4200 manat məvacib alan Tural Bağırovun Bakı şəhərində özünə məxsus diş klinikası da var. Həmçinin Tural Bağırovun həyat yoldaşının tanınmış ginekoloq olduğu və Bakının məşhur klinikalarının birində çalışdığıda deyilir. Bütün sadaladığlarımızı nəzərə alsaq da Tural Bağırovun bu qədər pulu hardan qazandığı sual altındadır. Emin Zeynalovun verdiyi ifadədən məlum olur ki, o, hazırki, zərərçəkmişlərə külli miqdarda qazanclar verib. İndi necə başa düşək? Tural Bağırov ya Emin Zeynalovdan əldə etdiyi qazancı itirib, ya da işlədiyi “Beynəlxalq Bank”ın pullarını...
Yəqin bu yazıdan sonra “Beynəlxalq bank”ın rəhbərliyi Tural Bağırovun rəhbər olduğu filialda təftiş aparacaq.
Qeyd edək ki, Emin Zeynalovun əməlindən zərərçəkənlərlə bağlı araşdırmalarımız davam edəcək.
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb