"İnsanların ağzını tikə bilmərik..." - Madər Musayev biznesindən imtina etdi, övladlarını isə...

img

12-03-2020 [10:03]


VI çağırış Milli Məclisin deputatı Madər Musayev “Report”a müsahibə verib.

Mia.az hxəbər verir ki, o, müsahibəsində iki maraqlı məqama toxunub.

Çox maraqlıdır ki, deputat nəinki biznesini inkar edib, hətta övladlarını da az qala sıradan kasıb insanlar kimi təqdim edib.

"Mən oliqarx deyiləm axı... Əvvəla oliqarxın zavodu, fabriki olar. Mənim isə nə zavodum var, nə də fabrikim. Heç bir biznes fəaliyyəti ilə də məşğul deyiləm", deyən Madər Musayev aşağıdakı suallara da belə cavab verib:

İddia edirlər ki, şəhərdə “012” ilə olan bütün avtomobillər sizə və yaxınlarınıza məxsusdur...

- İdarə etdiyim avtomobilin nömrə nişanı “012”dir. Amma şəhərdə şütüyən bütün “012”lərin mənə və yaxınlarıma məxsus olması iddiası doğru deyil. Bu, heç fiziki cəhətdən də mümkün deyil axı. Yəni iddialar həmişə var və bundan sonra da olacaq. İnsanların ağzını tikə bilmərik, qoy yazsınlar, danışsınlar, yəni açığını deyim ki, bu söz-söhbətin mənə heç ziyanı yoxdur, əgər bu yalanları yazmaqla onlar xoşbəxt olurlarsa, qoy olsunlar, niyə mane olaq ki? Amma gəlin etiraf edək ki, ağlı başında olan adam necə deyə bilər ki, şəhərdə “012” nömrə nişanı ilə olan bütün avtomobillər Hacı Madərə məxsusdur?!

- Övladlarınız hansı işlə məşğuldur?

- Böyük oğlum heç bir yerdə işləmir, bir obyekti var, onu da dükan kimi icarəyə verib. Kiçik oğlum isə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də çalışır. Hər ikisi ailəlidir, kənddə yaşayırlar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR