Diplomatlara qadağa qoyuldu - Rəsmi Tbilisi bütün səfirliklərə tapşırıq verdi

img

11-03-2020 [18:47]


Gürcüstanın xarici ölkələrdə yerləşən səfirlikləri dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq, xüsusi iş rejiminə keçiblər.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Aprelin 4-dək qüvvədə olacaq rejim çərçivəsində müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Məhdudiyyətlər uzaqdan əldə edilə bilən konsulluq xidmətlərinə şamil olunmayacaq.

Təcili və fövqəladə hallarda Gürcüstan vətəndaşları səfirlik və ya konsulluqla telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.

Vətəndaşın konsulluq xidmətinə birbaşa müraciət etməsi ilə bağlı zərurət yaranarsa, o, binaya daxil olmaq üçün bəzi qaydalara riayət etməlidir. İlk növbədə, vətəndaşda qrip simptomları olmamalıdır. Diplomatik nümayəndəliyin binasına daxil olan vətəndaş tək olmalı, tibbi maska taxmalı, giriş qapısında əl üçün dezinfeksiyaedici vasitədən istifadə etməlidir. Vətəndaşlara konsulluğun əməkdaşları ilə ünsiyyətdə olmaq və kənar əşyalara toxunmaq qadağan edilir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR