Vaterlo şəhərinin meri: "Natəvanın abidəsi bərpa ediləcək"

img

11-03-2020 [16:56]


Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

Mia.az AZƏRTAC-a istinadən xəbər verir ki, mer məktubda vəziyyətin nəzarət altında olduğunu, polis orqanlarının təhqiqata başladığını qeyd edib. 

O bildirib ki, yazılı hesabat hazırlanıb, abidə bərpa ediləcək: "Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır".

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub