"Bütün tədbirlərdən istifadə olunur ki, dolların məzənnəsi yüksəlməsin" - Elman Rüstəmov xalqa səsləndi

img

11-03-2020 [16:19]


"Banklarda əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni bu gün valyuta çatışmazlığı problemi yoxdur, vaxtında xidmətetmə problemi va"r.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bankların tələbləri hərracda tam şəkildə ödənilir.

E. Rüstəmov bildirib ki, bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. “Ola bilsin ki, bəzi bankların resursları valyuta almağa imkan vermir. Ancaq banklar bir-birinə kömək edir. Ümumilikdə, bank sektoru valyuta ilə təmin olunub. Qeyd edim ki, dünən hərracda bank sektoruna satdığımız valyutanı banklar tam reallaşdıra bilməyib".

AMB-nin sədri onu da əlavə edib ki, Azərbaycanda bütün tədbirlərdən istifadə olunur ki, dolların məzənnəsi yüksəlməsin: "Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib. Bu gün də iclas davam etdiriləcək. Mən əhalini təmkinli olmağa çağırıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR