Murad Dadaşov Zaur Kamala xəbərdarlıq etdi, bu müğənnilərə qadağa qoydu - SİYAHI

img

11-03-2020 [16:13]


“Xəzər” TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. 

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xalq artisti ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay Zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib.

M. Dadaşov aparıcıya verilişlərin keyfiyyətini artırmaq göstərişi verib. Bu səbəbdən də “5-də 5” üçün hazırlanan həftəlik planda dəyişiklik edilərək, ifaları ilə müzakirələrə səbəb olan şou-biznes nümayəndələri siyahıdan çıxarılıb. 

Hətta Zaur Kamal “5-də 5”in dünənki buraxılışında Dadaşovun sözügedən tapşırığı barədə danışıb: “Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin”.

Həmçinin yeni kanal rəhbəri “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR