Palata sədri: "Hökumət büdcə risklərini idarə etmək qabiliyyətindədir"

img

11-03-2020 [15:41]


“Azərbaycan hökuməti dövlət büdcəsi ilə bağlı bütün riskləri idarə etmək qabiliyyətindədir”.

Bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dünya bazarında neftin ucuzlaşmasının büdcə öhdəliklərinin yerinə yetirilməsinə təsirinə münasibət bildirərkən deyib.

"Biz həm 2019-cu, həm də 2020-ci ilin dövlət büdcəsi layihələrinə rəy verərkən büdcəin dayanıqlığı ilə bağlı bütün mümkün riskləri həmin rəylərdə göstərmişik. Bu risklər daima var. Əsas məsələ hökumətin onları səmərəli idarə etməsi, qabaqlayıcı tədbirlər görməsidir. Hesab edirəm ki, hökumət buna hazırdır. Ümumiyyətlə isə neft qiymətlərinin uzun müddət aşağı qalacağını düşünmürük”, - deyə o, qeyd edib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR