Livanda koronavirus qurbanlarının sayı artdı

img

11-03-2020 [15:07]


Yaxın Şərq ölkəsi olan Livanda daha bir nəfər koronavirus infeksiyasından ölüb.

Bu, ölkədə virusdan ikinci ölüm faktıdır.

Qeyd edək ki, Livanda koronavirus daşıyıcılarının sayı 59 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 419-a çatıb. Bunların 66 594 nəfəri sağalıb, 4 302 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR