Ümumdünya Ticarət Təşkilatı bütün toplantılarını ləğv etdi

img

11-03-2020 [12:36]


Ümumdünya Ticarət Təşkilatı (WTO) işçilərindən birində koronavirus (Covid 19) aşkarlanmasından sonra martın 20-dək olan bütün toplantılarını ləğv edib.

Bu barədə WTO-nun baş katibi Roberto Azevedo bildirib.

Onun sözlərinə görə, İsveçrənin Cenevrə şəhərindəki bütün ölkələrin nümayəndəlikləri 1 işçinin koronavirusa yoluxması və karantinə alınması barədə məlumatlandırılıb. Həmçinin bütün WTO işçiləri yaranmış vəziyyətlə bağlı xəbərdar edilib.

Bundan başqa, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı çərçivəsində bütün görüşləri aprel ayının sonuna qədər ləğv edilib.

Qeyd edək ki, ötən həftə BMT-in Cenevrə ofisində İnsan Hüquqları Şurasının 43-cü sessiyası çərçivəsində panel və konfranslar da daxil olmaqla bütün əlavə tədbirlər ləğv edilib. BMT-in Cenevrə Ofisi ziyarətçilərə bağlanıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR