Dövlət Neft Fondu dollar satışını azaldıb

img

11-03-2020 [10:56]


Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondu (ARDNF) 843,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Mia.az ARDNF-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır.

Təkcə fevral ayında isə ARDNF-in valyuta satışının məbləği 543,4 milyon dollar təşkil edib. Bu isə ötən ilin fevral ayına nisbətən 71,9% çoxdur.  


Digər xəbərlər
SON XƏBƏRLƏR