BİR MÜƏLLİMİN MONOLOQU, yaxud ÖLÜ ŞAİRLƏR CƏMİYYƏTİNDƏN REPORTAJ
10-03-2020 [22:00]
əməkdar jurnalist
***
Bu mənim səhəri dirigözlü açdığım adi günlərimdən deyildi: Bütün gecəni üzümə tüpürmüşdülər...
Küncə sıxışdırılmışdım. Başımın üstündəki tavan göy üzünün Allah qatı ilə birgə üstümə uçurulmuşdu. Nə edəcəyimi bilmirdim. Çox-çox uzaqlarda Günəşin ayaq səsləri eşidiləndə, qaranlıq dünyamın xarabalıqları altında qalmış Tanrı ilə ilk dəfə üz-üzə gəldim. Onun ümidsiz baxışlarında çoxsaylı suallarımın ancaq bircə cavabı - boz-bulanıq rəsmim vardı: "Oğlum, sən indi bu kökdə məktəbə necə gedəcəksən, şagirdlərinin qarşısına necə çıxacaqsan!?."
Daha mənə hər şey, hətta Tanrının mərhəməti belə özündən üz döndərmiş bir ovuc adamla eyni məkanda yaşamağın əzabı önündə yersiz görünürdü. Seçənlə seçilənin arasında qalmışdım. Seçənin də, seçilənin də qapazı başıma dəyirdi, tüpürcəyi sifətimə çırpılırdı. Qəzəb hamını özündən almışdı, hamını özündə udmuşdu. Bu zülmət qaranlıqda kiminsə iynənin sədəfi boyda bir işıq ucu tapacağına – heç olmasa “Ana”, “Vətən” sözlərini yazmağı öyrətdiyimə görə məni bağışlayacağına gümanım yox idi...
Ancaq Tanrı sənətini elə Tanrının gözü qarşısındaca alçaldanlardan mərhəmət diləmək fikrində deyildim. Oturduğu budağı vəhşi ehtirasla baltalayan adamlara indi nəyisə başa salmaq onsuz da gec idi. Hətta Günəş belə milyon illərdir səbrlə-təmkinlə addımladığı yolundan azmışdı. Həmin gün mənim Vətənimə gəlmədi...
Həmin gün mənim səhərim açılmadı...
Adamların ehtiraslı baxışları bir-birinə çırpıldıqca, elə bil ildırım çaxırdı. Ani sıçrayışlarda onların tükənməyən sırasını gördüm. Nəfəsim təntidi, gözlərim qaraldı. Bu dəfə içimə qaranlıq çökdü...
Bura mənim ən ağır günlərimdə hamıdan, hətta özümdən belə qaçıb gizləndiyim, hamıdan, hətta özümdən belə qoruduğum yeganə sığınacağım idi. Orada ən müqəddəs Tanrı əmanətlərinin elçisi, xəyanətin, nifrətin, qəzəbin nə olduğunu bilməyən bir İNSAN yaşayır...
Bu kökdə Onun qarşısına necə çıxacaqdım.
Həyatımda ilk dəfə qaranlığa sevindim...
Həyatımda ilk dəfə Onu səsindən tanıdım. Bu səs min illərin yolçusu kimi yorğun idi, dünyanın o biri başından gəlirdi:
“Ən müqəddəs təmizliyin üzərində belə onun qonşuluğundakı çirkabın nişanələri qalır...”
Qəfildən alnıma çırpılan yumruğu başıma endirilən zərbələrlə qarışıq salsaydım, bəlkə bu sözləri də təsəlli kimi qarşılayardım. Mən indi heç vaxt özünə güzəştə getməyən, dünyanı özündə tapan və gözəlləşdirməyə çalışan tənha bir qəribə çevrilmişdim: fırtınalı dənizin ortasındakı balaca adamı təkbaşına, həyatım bahasına qoruyurdum! Bu adanın anbaan yağmalanan sərhədlərinə baxmaq diri-diri torpağa kömülmək qədər dəhşətli idi! Qaranlıq üzümə pərdə kimi çəkilirdi...
Azman dalğalar dəmirçi körüyündən sıçrayan alov dilimləri idi elə bil, asta-asta ayaqlarıma çırpılanda var gücümlə içimdəki İnsanın üstünə bağırdım! Dilimdən qopan kəlmələrin son nəfəsimdə özümü müdafiə etmək xətrinə deyilmədiyini indi ancaq O başa düşə bilərdi:
Məni başqaları kimi olmağa Sən qoymadın! Sən məni axına qarşı üzməyə vadar etdin, Sən! Sən məni köhnə dəyirmana təzə nırx qoymaq istəyən ağıldankəm, özündən müştəbeh bir gicbəsərə, təlxəyə çevirdin!..
Sonuncu dəfə sinif otağına girəndə müəllim olmaq istəyən şagirdlərimi bir-bir yerimdə oturdan da, məni parta arxasında əyləşməyə vadar edən də Sən idin, başqalarının gözündə yerdən yerə vuran da, alçaldan da!..
Aman Allah! Mənim şagirdlərimin çiyni kəpənək qanadları kimi idi! Mələküzlülərim bu qanadlarla şahə qalxmış dalğaların amansız təzyiqinə necə tab gətirəcəkdi! Dayandığım səhnədə bəlkə də dünyanın ən kədərli faciəsi yaşanırdı. Vicdanım qolu qandallı qul idi elə bil, sabahı açılmayacaq bir günün içində çırpınır, özünü oda-közə vururdu! Ancaq sən heç nəyi vecinə almırdın! O uşaqların düz gözünün içinə baxıb yabançı kəlmələrinlə dayandığın yerdə özünə xəyali səltənət qururdun. Mən onda bu kəlmələri kərpic kimi üst-üstə hörən itaətkar bənnana çevrilmişdin:
“Əgər sən də hər fürsətdə öz şagirdlərindən rüşvət alacaqsansa, sonra onu oğru pişik kimi sevinə-sevinə öz evinə daşıyacaqsansa, daha sonra bahalı restoranlarda, istirahət mərkəzlərində pozlar verəcəksənsə, bir sözlə, əvvəlcə sürüdən bir quzuya, sonra naxırdan bir inəyə, daha sonra xıldan bir köpəyə çevriləcəksənsə, bəri başdan özünə başqa sənət seç! Get piştaxta arxasında dayan! Nəyi istəyirsənsə, al! Nəyi istəyirsənsə, sat! Amma millətin gələcəyini satma!!!”
Sən bu sözləri kimə deyirdin?! Xalqın gələcək 50-100 ilini 5-10 adamın 5-10 illik kürsü ehtirasına dəyişənlərin övladlarınamı!? Özü də harada! Bizim Cəbiş müəllimi bizim çəpiş müəllim kimi çağıran bəzirganların bazarında! Sabahların günbəgün edam olunduğu, qanına qəltan edildiyi yerdə! Bu bazarda ayağımı qoymağa bir ovuc müqəddəs yer tapa bilmirəmsə, deməli, qara quruşa dəyməyən varlığımla daha heç kimə lazım deyiləm. Mən burada Mirzə Fətəlinin ortalıqda qalmış meyiti kimiyəm, basdıranım yoxdur! Canımda Həsən bəyin çarpayı altında illərlə göyümgöyüm göynəyən sümüklərinin sızıltısı var! Mən indi Mirzə Cəlilin məzara qoyulan, amma torpaqlanmamışdan öncə hamının üstünə tüpürdyü kəfənlənmiş nəşiyəm!..
Son nəfəsimdə payıma düşən günahlarımı da özümlə götürüb gedirəm. Başa düşürəm, bu günahlar İNSAN yetişdirə bilməmək qədər ağır və bağışlanmazdır! Ancaq heç kimdən əfv olunmağımı istəmirəm! Yeganə istəyim seçənlərin də, seçilənlərin də irəli durub öz günahlarına sahib çıxmasıdır!
Bundan ötrü yenə də üzümə söymək, yenə də üzümə tüpürmək lazımdırsa, buyurun, nə qədər istəyirsizsə, söyün, nə qədər istəyirsizsə, tüpürün! Əgər orada bir çimdik saf yer qalıbsa...
Mia.az
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsl sahibi İlham Əliyev özü gələcək” - VİDEO
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi