"Yalan məlumat verənlər subsidiyadan mərhum olacaq" - KTN rəsmisi

img

10-03-2020 [16:37]


"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) subsidiya almaq üçün məlumatlarını bəyan edən fermerlər neqativ hallara yol verməsinlər. Neqativ hallara yol verdikdə isə "qara siyahı"ya daxil olurlar". 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev məlumat verib.

Onun sözlərinə görə, torpağı olan şəxs həmin ərazini müqavilə ilə hər hansı bir fermerə icarəyə verir və əkini həmin adam aparır: "Subsidiya almaq prosesinə gəldikdə torpağı adına olan şəxs subsidiya üçün müraciət edir. Lakin bu düzgün deyil, subsidiya torpaq üzərində əkin aparan şəxsə verilməlidir". 

O həmçinin qeyd edib ki, növbəti mərhələdə 40 min fermerə subsidiyaların verilməsi gözlənilir.

Bu günə qədər Aqrar Kredit və İnkişaf Agentliyi azərbaycanlı fermerlərə 75 milyon manat subsidiya ödəyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR