İspaniya La Liqasının qarşıdakı iki turu azarkeşsiz keçiriləcək

img

10-03-2020 [16:18]


Futbol üzrə İspaniya La Liqasının qarşıdakı iki turu azarkeşsiz keçiriləcək.

"Report"un məlumatına görə, buna yarışın rəhbərliyi qərar verib.

Səbəb kimi koronavirus epidemiyasının yayılması göstərilib. Bu, İspaniya Sequndasının da oyunlarına şamil olunacaq. 

Səviyyəcə ikinci liqada “Albasete”nin heyətində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da çıxış edir. Komanda 32-ci turda "Almeriya"nı qəbul edəcək, 33-cü turda isə "Estramadura"nın qonağı olacaq.

Qeyd edək ki, UEFA daha öncə avrokuboklarda bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR