"Olimpiakos"un prezidenti koronavirusa yoluxdu

img

10-03-2020 [15:55]


Yunanıstanın "Olimpiakos" futbol klubunun sahibi və prezidenti Evangelos Marinakisdə koronavirus aşkarlanıb.

Bu barədə o, şəxsi "İnstagram" hesabında məlumat paylaşıb.

E.Marinakis koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb: "Koronavirus məni də ziyarət etdi. Bu barədə ictimaiyyəti məlumatlandırmaq məcburiyyətindəyəm. Özümü yaxşı hiss edirəm. Çünki bütün lazımi tədbirləri görüb, həkimlərin tövsiyyələrinə əməl edirəm. Bütün dostlarım və vətəndaşlarımıza da eynisini tövsiyyə edirəm".

Qeyd edək ki, Yunanıstanda koronavirusa 89 yoluxma faktı qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR