KXCP fəalı həbs olunub, plakatlar cırılır

img

24-09-2013 [17:21]


Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki təbliğat kampaniyasını həyata keçirən fəallara, eləcə də onun səlahiyyətli nümayəndələrinə qarşı hakimiyyət tərəfindən təzyiqlər güclənib. Həmçinin bir çox seçki dairələrində Cəmil Həsənlinin seçki plakatları cırılır və ya yararsız hala salınır. 

Bu barədə Cəmil Həsənlinin mətbuat xidməti yayıb. 

Məlumata görə, sentyabr 23-də KXCP Tovuz rayon şöbəsindən partiyanın Ali Məclis üzvü Vüqar İsmayılov seçki kampaniyası ilə əlaqədar təşkilatı işləri yerinə yetirərkən həbs olunub və ona rayon məhkəməsinin qərarı ilə 7 sutkalıq inzibatı həbs cəzası verilib. Cəmil Həsənlinin Seçki Qərargahından verilən məlumata görə 18 saylı Nizami-Nərimanov seçki dairəsi hüdudlarında Cəmil Həsənlinin seçki plakatları kütləvi şəkildə cırılıb. Hazırda əraziyə məsul olan KXCP Seçki Qərargahının üzvləri cırılmış və ya yarasız hala salınmış plakatlar yeniləri ilə əvəzləyirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA