"Qoy onlar dövlət başçısının kim olacağına qərar versinlər” - Rusiyada Prezidentin seçilmə qaydası dəyişəcək?

img

10-03-2020 [13:37]


Rusiyada Prezidentin Dövlət Şurasının qərarı ilə seçilməsi təklif olunur.

Bu təkliflə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

O, 2024-cü ildən etibarən ölkə başçısının Dövlət Şurasının qərarı ilə seçilməsini təklif edib.

"Hər altı ildən bir 6 ay ölkəni silkələmək bəsdir. Bizdə Konstitusiya orqanı var-Dövlət Şurası. Oraya ölkənin ən yaxşı insanlarını, ən yaxşı alimləri, deputatları, nazirləri, qubernatorları toplamaq lazımdır. Onların hamısı seçilmişlərdir. Qoy onlar dövlət başçısının kim olacağına qərar versinlər”, -deyə rusiyalı siyasətçi bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin mayında bu cür seçkiləri keçirmək olar/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq