Ərdoğan Brüsseldə NATO baş katibi ilə bir arada: “Biz İŞİD-lə sinə-sinəyə mübarizə aparan yeganə NATO ölkəsiyik”

img

09-03-2020 [21:37]


Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə Belçikaya birgünlük işgüzar səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

Ərdoğan görüşdən sonra hərbi alyansın rəhbəri ilə birgə mətbuat konfransı keçirib.

Türkiyə prezidenti deyib ki, heç bir Avropa ölkəsi Suriyada münaqişəyə və insanlıq faciəsinə laqeyd münasibət bəsləməməlidir.

Dövlət başçısı qeyd edib ki, NATO müttəfiqi Türkiyə ilə həmrəylik nümayiş etdirməlidir.

“Biz İŞİD-lə sinə-sinəyə mübarizə aparan və şəhidlər verən yeganə NATO ölkəsiyik”, - deyə Türkiyənin dövlət başçısı vurğulayb.

O, qeyd edib ki, Türkiyə artıq 9 ildir Suriyadan olan təhlükəyə qarşı mübarizə aparır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR