YAP 70 deputatını qərargaha toplayır - MM-in rəhbərliyinə kimlərin namizədliyi irəli sürüləcək? 

img

09-03-2020 [20:24]


6-cı çağırış Milli Məclisin (MM) sabah baş tutacaq ilk iclasından öncə hakim partiyanı təmsil edən deputat korpusunun qapalı toplantısı keçiriləcək.

Məlumata görə, Yeni Azərbaycan Partiyasını (YAP) 6-cı çağırışda təmsil edən 70 millət vəkili hakim partiyanın mənzil-qərargahında bir araya gələcək.

İclasda YAP sədrinin müavinləri, partiyanın İcra katibi və onun müavinləri, həmçinin, 70 millət vəkili iştirak edəcək.

Səhər saat 9-da başlayacaq iclas mətbuat üçün qapalı keçkiriləcək.

İclasda MM-in yeni rəhbərliyinə namizədlərin müəyyənləşdirilməsi, irəli sürülməsi müzakirə olunacaq və son qərar veriləcək.

MM-in rəhbərliyinə ən azı 3 YAP-çının namizədliyi irəli sürüləcək.

Yəni, bu dəfə də MM-in sədri, birinci vitse-spiker və vitse-spikerlərdən (sabir vitse-spiker Bahar Muradovanın yerinə) biri YAP-çı millət vəkillərindən olacaq.

Spikerliyə növbəti dəfə Oqtay Əsədovun, birinci vitse-spikerliyə yenə Ziyafət Əsgərovun, vitse-spkerliyə isə sabiq komitə sədri Hicran Hüseynovanın və ya başqa bir YAP-çı xanım deputatın (Gəncəbasar bölgəsindən olan) namizədliklərinin irəli sürülməsi və onların MM-in ilk plenar iclasında seçilməsi gözlənilir.

Bununla belə digər ehtimallar da mövcuddur/Etikxeber.az


Digər xəbərlər
SON XƏBƏRLƏR