Koronavirus nə vaxtadək yayılacaq? -  Çinin baş epidemioloqundan açıqlama

img

09-03-2020 [18:21]


COVİD-19 virusunun yayılması ən azı iyun ayınadək davam edəcək.

Bu barədə Çinin baş epidemioloqu Jonq Nanşan deyib.

“Sərhədlərdə tibbi yoxlamalar gücləndirilməlidir, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır. Yeni koronavirusa ciddi şəkildə məruz qalan bölgələrdən biri kimi Quanqdonq əyalətinə qoruma vasitələri, test dəstləri, müalicə texnologiyaları göndərilməlidir”, - J.Nanşan qeyd edib. 

Bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını, daha dörd nəfərin Qansu əyalətində kənardan yoluxduğunu, ölkədə 22 nəfərin isə virusdan öldüyünü açıqlayıb. Bütövlükdə indiyədək ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfər olduğu bildirilir.

Həmçinin Pekin bələdiyyəsi şəhərdəki əcnəbilərə zərurət olmadan səyahətə çıxmamaları barədə xəbərdarlıq edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR