Ərdoğan Brüsseldə kimlərlə nələri müzakirə edəcək?

img

09-03-2020 [17:46]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə birgünlük Brüsseldə işgüzar səfərdədir.

“Haber7” bildirilib ki, Türkiyə prezidenti səfər çərçivəsində Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin də qatılacağı görüşdə Türkiyə-Avropa İttifaqı arasında ikitərfli əlaqələrin bütün istiqamətləri, əməkdaşlığın inkişaf etdirilməsinə yönəlik atıla biləcək addımlar müzakirə ediləcək.

Görüşdə Suriyanın İdlib bölgəsindəki vəziyyət, suriyalı qaçqınlarla bağlı yaranan problem, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir.

Türkiyə prezidenti səfər çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqi qəbul etməyi də planlaşdırır.

Qeyd edək ki, Avropa İttifaqı rəsmi Ankaradan Yunanıstan-Türkiyə sərhədinə cəmləşən suriyalı qaçqınları geri çəkməsini istəyir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR