Dünya çempionatının seçmə mərhələsinin oyunları təxirə salınıb

img

09-03-2020 [17:29]


2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyunda keçirilməsi nəzərdə tutulan oyunları təxirə salınıb.

Mia.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə 23 - 31 mart və 1 - 9 iyunda nəzərdə tutulan qarşılaşmalar ləğv olunub.

Qərarın Asiya Futbol Konfederasiyası ilə qarşılıqlı razılıq əsasında qəbul olunduğu bildirilib. Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR