Gömrükdə yeni həbslər başladı: üç yüksək vəzifəli məmur saxlanıldı

img

09-03-2020 [14:10]


Azərbaycanda qaçaqmalçılıqla  üç yüksək vəzifəli məmur saxlanılıb.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar. 

Məlumata görə, E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Məsələ ilə bağlı açıqlama verən Ş.Xanbabayev kürəkəninin saxlanıldığını təsdiqləyib: “Bəli saxlanılan şəxs kürəkənimdir. Biz də indi məlumat almışıq.Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR