Aparıcının unutazını oğurlayanlar saxlanıldı - Paytaxt polisindən açıqlama

img

09-03-2020 [12:31]


Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villasında baş verən oğurluq hadisəsinin üstü açılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib. 

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

Xatırladaq ki, aparıcı yeni tikdirdiyi villasında unitazına qədər xeyli tikinti materialının oğurlandığını bildirimişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR