"MANATA QƏTİYYƏN TOXUNMAQ OLMAZ" - Sabiq maliyyə naziri yazır
09-03-2020 [11:49]
Koronovirus maliyyə və əmtəə bazarlarına da güclü həmlə etdi. 9 mart 2020-ci il, deyəsən, növbəti dünya maıiyyə böhranının başlanığıcını qoymaq üzrədir.
Dünya bazarlarının açılışı (Şərq ölkələrində artıq günortadı) bütün maliyyə və əmtəə indekslərinin sürətlə düşməsi ilə başladı. S&P 500 fyüçer indeksi 5%, Nasdaq 4,8%, DOW 30 -1% düşmüş və proses davam edir. Azərbaycanın yeganə yaşam mənbəyi olan yanacaq məhsullarının qiymətləri (neft və qaz) kəskin surətdə düşdü.
Brent neft qiyməti hər barelə bu dəqiqə 29% düşərək 32,1 dollardan, WTI -31,4% düşərək 28,2, qaz 6,76% düşərək – 1,614 dən satılır. Digər əmtəələrin qiymətlərində də düşmə az da olsa hiss olunur. Şimali Amerika və Avropa bazarlarının açılışından elə ciddi meyl dəyişilikliyi gözlənilmir. Kronovirusun neftin qiymətinin 30 dollardan aşağı sala biləcəyini prof.Fikrət Yusifov xeyli əvvəl proqnozlaşdırmışdı.
Prof. Qubad İbadoğlu da neftin qiymətinin sürətlə düşə biləcəyi və bunun yaradacağı problemləri gündəlik diqqətdə saxlamışdı. Amma bu dəqiqələrdə Goldman Sachs şirkəti brent neftinin bir barelinin qiymətinin 20 dollara qədər enə biləcəyi ehtimalını irəli sürdü.
Hər nə cür olsa da, iqtisadiyyatı qara narkotikdən tam asılı olan çox kövrək Azərbaycan iqtisadiyyatı üçün ümumdünya böhranı artıq başlamış hesab olunur. Ona görə 2008 və 2014-cü il böhranlarının nəticələrini nəzərə alaraq və bu təcrübədən yararlanaraq hökümətin təcili tədbirlər görməsi məqsədəuyğundur. Bu böhran da Azərbaycanı ən çox vura bilən iqtisadi hadisədir. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çox daha təhlükəli böhrandı. Amma panikaya düşməyə ehtiyac yoxdur, çünki, hələ bir neçə il iqtisadi prosesləri tam iflasdan qorumaq üçün ölkənin böyük miqdarda ekstra maliyyə ehtiyyatları vardır.
Gələcək təlatümlərin qarşısının alınması üçün artıq bu gündən ciddi fəaliyyətə başlamaq zəruridir. Mənim fikirimcə hökümətin və parlamentin toplanması və dinləmələrə-müzakirələrə başlaması lazımdır. Prezidentin anti-böhran Şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşmasına ehtiyac vardır. Bu şura yalnız böhrandan çıxış deyil, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatını qara narkotikdən (neftdən) asılılıq probleminə birdəfəlik son qoyulması və ölkənin elm və texnoloji inkişaf relsinə keçməsi ilə məşğul olmalıdır.
Əvvəlcədən, bəyan etmək istəyirəm ki, manata qətiyyən toxunmaq olmaz, manatın kursunu dəyişməyə, devalvasiya edilməsinə heç bir şərait və ehtiyac yoxdur. Əksinə, psixoloji panik təlatümləri aradan qaldırmaq üçün manatın dəyərinin qorunması üçün ayrıca qanun qəbul olunmalı və manat daha da gücləndirilməlidi.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb