Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir

img

09-03-2020 [00:06]


Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

“Report” xəbər verir ki, İsveçdə koronavirusa yoluxanların sayı 203 nəfərə çatıb. Təkcə Stokholmda virusa 115 nəfər yoluxub.

Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir.

Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institut məlumat yayıb.

Virusa yoluxanların təxminən yarısı Şimali Reyn-Vestfaliya torpaqlarında yaşayır (398 nəfər). Saksoniya-Anhalt əyalətindən başqa Almaniyanın bütün bölgələrində yoluxan şəxslər qeydə alınıb. Fransada da koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə koronavirusa yoluxma halları 949-dan 1 126-a yüksəlib. Virusa yoluxanlardan 19-u dünyasını dəyişib, 50-yə yaxın şəxsin vəziyyəti ağırdır.

Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada bir gündə 1 500 nəfərdə koronavuris aşkarlanıb. 366 nəfər isə dünyasını dəyişib. Hazırda Avropanın qədim dövlətində 7 300 nəfər virus daşıyıcısıdır. Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə 15 milyon insan karantində saxlanılır. Baş nazir Cüzeppe Konte ölkənin koronavirus yayılan şimal bölgəsindəki bütün ictimai iaşə, xidmət və istirahət məkanlarının bağlanması barədə göstəriş verib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR