Türkiyədə məşhur əşirətin lideri öldürüldü - Sabiq deputatın qardaşı barışıq üçün getdi, ancaq güllələndi

img

08-03-2020 [16:37]


Türkiyənin Batman şəhərində əşirət lideri olan Fərid Özdəmir öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 gün əvvəl Batmanın Dəmirbilək  kəndində iki ailə arasında çıxan qovğanın böyüməməsi üçün Fərid Özdəmir barışıq üçün "qollarını çırmalayıb".

Lakin barışıq söhbəti zaman gərginlik daha da artıb və tərəflər silahlara əl atıb.  Bu zaman aradan qalan əşirət lideri və daha 2 nəfər güllə yarası alıblar: "Düz 3 gün xəstəxanada ölüm-qalım savaşı verən Fərid Özdəmir bu gün canını tapşırıb".

Xatırladaq ki, Fərid Özdəmir iki dəfə üst-üstə Batmandan Türkiyə parlamentinə deputat seçilmiş  Fariz Özdəmirin böyük qardaşıdır. Onlara Batmanda Raman əşirəti kimi tanınırlar.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR