İKİ ŞAHZADƏ HƏBS OLUNDU - Kralın ailəsində nə baş verir?

img

07-03-2020 [16:50]


“Reuters” agentliyi bildirir ki, Səudiyyə Ərəbistanında kral ailəsinin iki üzvü- Kral Salman bin Əbdüləziz əs-Səudin kiçik qardaşı Şahzadə Əhməd bin Əbdüləzizi və kralın qardaşı oğlu Məhəmməd bin Nayefi həbs olunub.

Bu məlumat iki fərqli mənbə tərəfindən təsdiqlənib.

Kral Salmanın oğlu və dünyanın ən böyük neft ixracatçısı və ABŞ-ın əsas müttəfiqi olan vəliəhd şahzadə Məhəmməd bin Salman əmisi oğlu Məhəmməd bin Nayefi 2017-ci ildə bir saray çevrilişində taxtın varisi olaraq taxtdan salındıqdan sonra gücünü möhkəmləndirməyə başladı. O, ilin sonunda antikorrupsiya kampaniyasında bir neçə kral ailə üzvünü həbs etdirdi.

Başqa bir mənbədən verilən məlumata görə, həbslər cümə günü baş verib.

“The Wall Street Journal” isə iki nəfər kral ailə üzvünün cümə günündən daha əvvəl tutulduğunu bildirir. Həbslərin iddia edilən çevriliş cəhdi ilə əlaqəli olduğu söylənilir.

Şahzadə Məhəmməd bin Salman taxtı ələ keçirməsi hakim ailənin bəzi görkəmli qolları arasında narazılığı artırdı. 2018-ci ildə məşhur jurnalistin Səudiyyə casusları tərəfindən öldürülməsi və keçən il Səudiyyə neft infrastrukturuna İran tərəfindən edilən ən böyük hücumdan sonra onun ölkəyə rəhbərlik etmək qabiliyyəti ciddi şübhələr doğurdu.

Kral Salmanın yeganə sağ qalan qardaşı şahzadə Əhmədlə əvəzlənməsi üçün müəyyən işlər görülür. Onun qardaşının əvəzinə taxta çıxarılması Qərbin müəyyən güc mərkəzləri tərəfindən dəstəklənir.

Səudiyyəlilər və Qərb diplomatları kral ailənin şahzadə Məhəmməd bin Salmana qarşı çıxmasının çətin olduğunu söyləyirlər. 84 yaşlı kralın vəliəhd elan etdiyi sevimli oğluna qarşı qalxması da mümkünsüz görünür. Hazırda monarx hökmranlığın bir çox məsuliyyətini oğluna həvalə edib, lakin yenə də kabinetin iclaslarına rəhbərlik edir və xarici rəsmilərlə görüşür.

Şahzadə Əhməd xaricdə olarkən Səudiyyə rəhbərliyini tənqid edib. O, Məhəmməd bin Salmanın vəliəhd elan olunmasına qarşı çıxan 3 yüksək səviyyəli kral ailə üzvündən biridir.

O da məlumdur ki, Məhəmməd bin Nayefin hərəkəti daha öncə məhdudlaşdırılmışdı və o, daim izlənirdi.

Son həbslər Səudiyyə Ərəbistanının regional rəqibi İranla gərginliyin artdığı bir dövrdə təsadüf edir. Vəliəhd şahzadə Məhəmməd bin Salman iddialı sosial və iqtisadi islahatlar həyata keçirməkdədir. Eyni zamanda o, Yəməndəki dağıdıcı müharibəyə və jurnalist Camal Qaşıqçının Krallığın İstanbul konsulluğunda öldürülməsinə görə ittiham olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR