Vilayət Eyvazov döyüş növü üzrə çempiona vəzifə verdi - DYP-də daha bir dəyişiklik + FOTO

img

07-03-2020 [16:15]


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludur.

V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR