Yaxın Şərq ölkələrində koronavirus infeksiyası daşıyıcılarının sayı artıb

img

07-03-2020 [15:17]


Yaxın Şərq ölkələrində koronavirus infeksiyası daşıyıcılarının sayı artıb. 

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, BƏƏ-də 15, Bəhreyndə 6, Küveytdə daha 3 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, koronavirusa yoluxanların sayı BƏƏ-də 45, Küveytdə 61, Bəhreyn isə 62-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 567-yə çatıb. Bunların 57 694 nəfəri sağalıb, 3 501 nəfəri isə ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR