Çində koronavirus daşıyıcılarının 70%-i sağalıb

img

07-03-2020 [14:49]


Çində indiyədək koronavirusa yoluxmuş şəxslərin, demək olar ki, 70%-i sağalaraq xəstəxanadan evə buraxılıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Son göstəricilərə görə, materikə aid Çində koronavirusa yoluxma faktlarının sayı 80 651-dir. Qeyd edilir ki, bunlardan 55 404 nəfəri sağalaraq evə buraxılıb.

Hazırkı durumda 22 177 nəfər hələ də xəstəxanada qalır. Onlardan 5 498 nəfərinin vəziyyəti ağırdır.

Qeyd edək ki, koronavirusun yayılmağa başladığı Hubey vilayəti istisna olmaqla Çində indəyədək 12 985 yoluxma faktı qeydə alınıb. Onlardan 111-i ölüb. Ölüm faizi 0,85% təşkil edib. Hubey vilayətində isə ölüm 4,37%-dir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR