"O, təxribat yaratmaq üçün tədbirə gəlmişdi..." - Abel Məhərrəmovdan sabiq deputata sərt ittihamlar + VİDEO
07-03-2020 [00:27]
Milli Məclisin sabiq deputatı, akademik Abel Məhərrəmov keçmiş deputat həmkarı Çingiz Qənizadənin Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.
Mia.az-ın məlumatına görə, Abel Məhərrəmov Demokrat.az-a açıqlamasında bildirib ki, Çingiz Qənizadənin bəhs etdiyi Madriddə keçirilmiş həmin tədbiri Azərbaycan dövləti təşkil edib:
“Sözügedən tədbir mənim oğlumun deyil, Azərbaycan dövlətinin tədbiri olub. Həmin tədbirə də Çingiz Qənizadə dəvət edilməyib. O, özü təxribat yaratmaq üçün tədbirə gəlib. Axı necə olur ki, bu adam həmin tədbirə dəvət olunmadığı təqdirdə Bakıdan durub İspaniyaya gəlir? Çingiz Qənizadə özbaşına gəlib o tədbirdə iştirak edib. Bakıdan gələn nümayəndə heyətinin də tərkibində Çingiz Qənizadə olmayıb. O, ayrı təyyarə ilə gəlib-gedib. Heç bilmirəm ki, onu tədbirə kim dəvət edib, nə məqsədlə gəlib və sairə. Yəni, o, bizim nümayəndə heyətinin tərkibində olmayıb. Bizim heyətin tərkibində Şeyximiz Allahşükür Paşazadə, Siyavuş Novruzov, Cavanşir Paşazadə olub. O, isə tədbiri dəvət olunmadan tək gəlib. Mənə elə gəlir ki, Çingiz Qənizadə bu cür qalmaqallar yaratmaq və Azərbaycan nümayəndə heyətini gözdən salmaq üçün o, tədbirə gəlibmiş. Bunun başqa məntiqini görmürəm”.
Abel Məhərrəmov deyib ki, həmin tədbir zamanı 3 dəfə ziyafət verilib: “Həmin ziyafətlərin heç birində Çingiz Qənizadə iştirak etməyib. Ziyafətlərin üçündə də spirtli içki verilməyib. Axı Çingiz Qənizadə spirtli içki verildiyini harada görüb? Axı onun məqsədi nədir? Yəqin ki, Çingiz Qənizadə təxribat yaratmaq üçün o tədbiri gəlib. Görünür ki, onun xarakteri belədir”.
Sabiq deputat qeyd edib ki, əslində Çingiz Qənizadənin davası Siyavuş Novruzovladır: “Onun Siyavuş müəllimlə davası var, məni də bura qatır. Bütün bu qalmaqalları da Siyavuş Novruzova görə edir”.
Xatırladaq ki, 2018-ci ildə İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfrans Azərbaycanda böyük qalmaqala səbəb olub. Belə ki, sözügedən konfransda iştirak edən Milli Məclisin Çingiz Qənizadə həmin konfarnasda iştirak edən rəsmi şəxslərdən bəzilərinin adlarını şərab qalmaqalında hallandırıb.
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"