Manaf Ağayevin Elza haqqında "əgər kişi olsaydı, gecə ilə həll edərdim" dediyi sözə cavab gəldi - Qalmaqal

img

06-03-2020 [20:51]


Əməkdar artist Elza Seyidcahanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” fikirlərindən sonra sənətçilər arasında söz davası davam edir.

Bu dəfə Manaf Ağayev efirdə Elzaya cavab verib və bildirib ki, qadın olduğu üçün onu bağışlayır, "əgər bunu kişi desəydi, gecə ilə həll edərdim". 

Mia.az xəbər verir ki, Moderator.az-a açıqlamasında Elza Seyidcahan sənətdə kişi-qadın müqayisəsini qabartmağın önəmli olmadığını, sənətdə ancaq sənətdən danışmağın lazım olduğunu bildirib:

“Sənətdən söhbət gedirsə, kişi-qadın “razborka”sı nəyə lazımdır? Sənətdə ancaq sənətdən danışsaq daha yaxşıdır. Manafla sözüm ona görə oldu ki, Tarix Əliyevin verilişində mənə sual verdi ki, “gənclərin musiqi zövqünü necə formalaşdırmalıyıq? Gəncləri dəstəkləyən Manaf var”. 

Mən isə cavabımda dedim ki, gəncləri pozan Manaflar, Mətanətlər var. Bu cavabı deməyə hər halda statusum, səlahiyyətim çatmasa idi, düzgün cavab verə bilməzdim. Mən özümə vurğun olub dostumu zəhərləmək üçün demədim bunu. Əksinə, onu sənətkar bildim və istədim ki, o da bizə qoşulsun. Mən alicənab cavab verdim. 

Təəssüflər olsun ki, bu alicənablığa vəfasızlıq qatırlar. “Bizə çörək lazımdır, sənət yox” deyilən yerdə məncə, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi, Əməkdar artist olaraq susmaq çox böyük bir günahdır. Mən hər zaman ancaq sənətdən söhbət edib müzakirələrə səbəb olmuşam. Əslində, bu yaxşıdır, sənətdə müzakirə yaradıb düz məxrəcə gəlirik. Heç vaxt bəziləri kimi lazımsız söhbətlərlə gündəmə gəlməmişəm. Kim bizim səhnəmizə, sənətimizə şiddət göstərəcək, onda qarşısında bizim kimi dürüst, doğru söz söyləyən sənətçiləri görəcək”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR