İranda koronavirusdan ölənlərin sayı 124-ə çatıb

img

06-03-2020 [16:07]


İranda daha 17 nəfər virusun qurbanı olub.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 124 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 234 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 4 747 nəfərə çatıb. Eyni zamanda 15 981 nəfər koronavirus şübhəsinə görə xəstəxanaya yerləşdirilib.

K.Cahanpur həmçinin 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR