Türkiyə İdlibdə daha 2 şəhid verdi - 3 əsgər isə yaralandı

img

05-03-2020 [23:30]


Türkiyə İdlibdə daha 2 şəhid verib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əsəd qüvvələri tərəfindən açılan atəş nəticəsində 2 türk əsgəri şəhid olub, 3 əsgər yaralanıb.

Xatırladaq ki, bu gün Türkiyə prezidenti Ərdoğan Moskvada Putinlə görüşüb.

6 saatlıq müzakirələrdən sonra tərəflər İdlibdə atəşkəsin əldə olunması ilə bağlı anlaşma imzalayıb. 3 maddəlik anlaşmaya əsasən, bu gecə, yəni martın 6-ı gecə 00.00-dan İdlibdə atəşkəs elan olunacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR