Bakı metrosunda tibbi maska satan şəxs saxlanıldı

img

05-03-2020 [15:04]


"Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyyən olunaraq saxlanılıb".

Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətəlar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR