Polis avtovağzalda əməliyyat keçirdi, keçmiş məhkum saxlanıldı

img

05-03-2020 [13:09]


Beynəlxalq Avtovağzal kompleksinin ərazisində yerləşən mağazaların birində vətəndaşdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Beynəlxalq Avtovağzal kompleksinin ərazisində yerləşən mağazaların birində D.Həyatovun içərisində 1 500 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş N.Fərzəliyev saxlanılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR