Ronaldinyo həbs oluna bilər

img

05-03-2020 [11:21]


Braziliya millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Ronaldinyo həbs oluna bilər.

AS nəşri xəbər verir ki, Paraqvay prokuroru saxta sənədlərlə ölkəyə girməkdə şübhəli bilinə 40 yaşlı sabiq yarımmüdafiəçinin həbsinə qərar verib.

Hazırda o qardaşı ilə birlikdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altındadır. Ronaldinyo Paraqvaya uşaqlar üçün pulsuz bir sağlamlıq proqramı təqdim etmək üçün gedib. Daxili işlər nazirinin sözlərinə görə, prokuror keçmiş oyunçunun həbsini başa çatdırmalıdır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR