Bakıda ölümə səbəb olan iş adamı azadlığa buraxıldı

img

05-03-2020 [10:47]


Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Sunay Vəliyevin kassasiya şikayətinə baxılıb.

”Report” xəbər verir ki, şikayətə hakim Əli Seyfəliyevin sədrlik etdiyi cinayət kollegiyası baxıb və qərar elan edilib.

Qərara əsasən, S.Vəliyevin barəsindəki 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası azaldılıb. Onun həbsdə olma müddəti nəzərə alınaraq azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR